FIFA milli komandaların yeni reytinqini dərc edib: İspaniya liderdir FOTO

18.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FIFA milli komandaların yenilənmiş dünya reytinqini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 18 noyabr tarixli siyahıda İspaniya millisi 2004,48 xalla birinci pillədə qərarlaşıb.

İlk üçlükdə Argentina (1966,13 xal) və Fransa (1950,82 xal) yığmaları da yer alıb.

FIFA reytinqində ilk onluq:

1. İspaniya - 2004,48 xal
2. Argentina - 1966,13 xal
3. Fransa - 1950,82 xal
4. İngiltərə - 1938,90 xal
5. Mərakeş - 1809,37 xal
6. Portuqaliya - 1801,28 xal
7. Braziliya - 1800,91 xal
8. Belçika - 1790,37 xal
9. Niderland - 1774,06 xal
10. Kolumbiya - 1735,90 xal.

Azərbaycan millisi isə yeni siyahıda üç pillə irəliləyərək 124-cü yerə yüksəlib. Ayxan Abbasovun baş məşqçisi olduğu komandanın aktivində 1145,18 xal var.

Yığmamızın irəliləyişinə Millətlər Liqasında Lixtenşteyn üzərində 1:0 hesablı qələbə və Andorra ilə yoldaşlıq görüşündə 3:1 hesablı qələbə təsir edib.

Qeyd edək ki, FIFA-nın növbəti rəsmi reytinq yenilənməsi dekabrın 16-da olacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью