FİFA millinin məşqçisini cəzalandırdı

11.08.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

FİFA millinin məşqçisini cəzalandırdı

FİFA Misir millisinin qapıçılar üzrə məşqçisi Safan Əl-Səğiri 2 oyunluq cəzalandırıb.

QOL.az xəbər verir ki, bu barədə Misirin "Yalla Kora" nəşri məlumat yayıb.

Məlumata görə, 47 min dollar məbləğində cərimə də alan mütəxəssis DÇ-2026-nın 1/8 finalında Argentina ilə oyunda hakim qərarlarına etiraz etdiyi üçün cəzalandırılıb.

Safan Əl-Səğiri qarşılaşma zamanı etirazlarına görə meydandan qovulub.

Qeyd edək ki, Argentina Misiri 3:2 hesabı ilə məğlub edərək dünya çempionatının 1/4 finalına yüksəlmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью