FİFA Neftçi nin sabiq baş məşqçisi ilə bağlı qərar çıxardı

12.11.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Regekampf Tunisin "Esperans" klubundan 500 min avro təzminat alacaq. Sport24.az-ın məlumatına görə, bu barədə FIFA qərar çıxarıb.
Ali futbol qurumunun qərarına əsasən, rumıniyalı mütəxəssisin müqaviləsi sui-istifadə yolu ilə ləğv edilib. Regekampf 2024-cü ilin noyabrında bu posta təyin olunmuşdu. Regekampfın 2026-cı ilin yayınadək sözləşməsi olsa da, bu ilin martında onunla yollar ayrılıb.
FIFA-nın qərarına əsasən, baş məşqçiyə 500 min avro ödəniləcək.
Laurentsiu Regekampf 2022/2023 mövsümündə "Neftçi"yə işləyib. O, həmin vaxt "ağ-qaralar"da bonuslarla birlikdə illik 200 min avro qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью