FİFA nı iflic etmək planı hazırlanır The Times

04.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) FİFA prezidenti Canni İnfantino vəzifəsindən getməyəcəyi təqdirdə mümkün fəaliyyət strategiyaları hazırlayıblar.

Mənbənin məlumatına görə, üç konfederasiyanın rəhbərləri İnfantinonun istefa verməyəcəyi və 2027-ci ilin martında keçiriləcək prezident seçkilərində dördüncü müddətə namizədliyini irəli sürəcəyi halda FİFA-nın fəaliyyətini "iflic etmək" niyyətindədirlər.

Bildirilir ki, İnfantinonun əleyhdarları FİFA Şurasının və qurumun komitələrinin iclaslarını boykot etməyə, həmçinin Beynəlxalq Futbol Federasiyasının qərarlarını ratifikasiya etməməyə hazırlaşırlar. Bundan başqa, alternativ beynəlxalq futbol turnirlərinin yaradılması da nəzərdən keçirilir. UEFA-nın sifarişi ilə hələ 2017-ci ildə hazırlanmış, lakin indiyədək həyata keçirilməmiş qlobal Millətlər Liqəsi layihəsi də mümkün variantlardan biri kimi göstərilir.

Avqustun 3-də Serbiya, Uels və İsveç futbol federasiyalarının 2027-ci il FİFA prezident seçkilərində İnfantinonun namizədliyinə verdikləri dəstəyi geri götürdükləri bildirilmişdi. Reuters-in məlumatına görə, İngiltərə Futbol Assosiasiyası da analoji qərar qəbul etməyə hazırlaşır.

Xatırladaq ki, milli futbol federasiyaları İnfantinonun dünya çempionatının keçirilməsi ilə bağlı kommersiya hüquqlarının bir hissəsinin satışını təşkil etmək cəhdindən sonra ona dəstəyi tədricən geri çəkməyə başlayıblar.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью