FİFA nın DÇ da qazandığı pullar açıqlandı

19.07.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

FIFA bu yay baş tuan dünya çempionatından əldə olunan rekord gəliri açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, ali futbol qurumu turnirdən 15 milyard dollar (25,5 milyard AZN) gəlir əldə etdiyini bəyan edib. Bu, əvvəlcədən proqnozlaşdırılan 11 milyard dollardan xeyli çoxdur.

Bildirilib ki, gəlirin artmasına əsas səbəb VIP paketləri və biletlərin, xüsusilə də ikinci satış bazarında yüksək qiymətə satılması olub. FIFA bu satışlardan həm alıcıdan, həm də satıcıdan 15 faiz komissiya alır.

Qeyd edək ki, İspaniya-Argentina finalı üçün satışda qalan VIP biletlərin qiyməti bir nəfər üçün 34 min 500 dollar (58 min 600 AZN) təşkil edir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью