FİFA nın DÇ dən əldə edəcəyi gəlir açıqlanıb

10.06.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2026-cı il dünya çempionatından əldə edəcəyi gəliri açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Finance Football” məlumat yayıb.

FİFA 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına ev sahibliyi etməklə 6 milyard dollardan çox gəlir əldə edəcək. 3,8 milyard dollar televiziya hüquqlarından, 2,4 milyard dollar isə reklamdan əldə olunacaq.

FİFA-nın əsas sponsoru Səudiyyə Ərəbistanının Aramco neft şirkətidir və təşkilata hər il 100 milyon dollar ödəyir. “Adidas”, “Coca-Cola”, “Visa” və “Hyundai/KIA” da ən gəlirli tərəfdaşlar beşliyinə daxildir. Onlar birlikdə federasiyaya ildə 80-120 milyon dollar gəlir gətirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью