Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
FIFA kiberhücuma məruz qaldığını təsdiqləyib.
Gununesi.info xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) bəzi şəxsi və kommersiya məlumatlarının oğurlandığını açıqlayıb. Bu barədə qurumun sözçüsü “Reuters”ə məlumat verib. Bildirilib ki, hücum nəticəsində məhdud sayda məlumatlara icazəsiz giriş əldə edilib.
“The Athletic”in məlumatına görə, hakerlər sistemə əməkdaşlardan birinin kimliyinə bürünərək daxil olublar. Bildirilir ki, hücumun texniki nasazlıqla əlaqəsi yoxdur. FIFA hadisədən kimlərin zərər çəkdiyini açıqlamayıb.
Həmçinin hücumun nə vaxt baş verdiyi və hansı məlumatların oğurlandığı bildirilməyib. Özünü “Handsome Boy Hacking Club” adlandıran qrup noyabrın 19-da X platformasında FIFA-ya aid faylların görüntüsünü yayıb. Hakerlər 12 giqabaytdan çox sənəd oğurladıqlarını iddia ediblər.