FIFA nın rəsmi saytı haker hücumuna məruz qalıb

26.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəsmi saytı kiberhücuma məruz qalıb. Nəticədə hakerlər təşkilatın şəxsi və xidməti məlumatlarına giriş əldə ediblər.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası insidentin baş verdiyini təsdiqləyib və baş verən hadisəni kəskin şəkildə pisləyib.

“FİFA məlumatların, xüsusilə də şəxsi məlumatların qanunsuz əldə edilməsini və yayılmasını qətiyyətlə pisləyir. Bu cür hərəkətlər şəxsi həyatın toxunulmazlığının ciddi və yolverilməz şəkildə pozulmasıdır və zərərçəkənlər üçün əhəmiyyətli nəticələrə səbəb ola bilər”, – deyə qurumun bəyanatında bildirilib.

FIFA hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. “Handsome Boy Hacking Club” adlı haker qrupu 12 giqabaytdan çox məlumatı oğurladığını və uğursuz şantaj cəhdindən sonra onları yayımladığını iddia edib. Bununla belə, federasiya oğurlandığı bildirilən məlumatların həcmini təsdiqləməyib.

“Sky Sports”un jurnalisti Rob Harrisin məlumatına görə, hakerlər FIFA Forward Enterprise (FFE) adlı baş tutmamış layihə ilə bağlı sənədlərə giriş əldə edə bilməyiblər.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью