Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
FİFA DÇ-2026-da fərqlənən futbolçuların statistik göstəricilər əsasında hazırlanan reytinqini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, futbolçular hücum, yaradıcılıq və müdafiə oyununa görə 10 ballıq sistemlə qiymətləndiriliblər. Hücum göstəricilərinə görə, siyahıda 1-ci yeri Fransa yığmasının hücumçusu Kilian Mbappe tutub. Turnirin bombardiri olan 27 yaşlı futbolçu 10 qol vuraraq 9,12 xal toplayıb.
2-ci yeri İngiltərənin yarımmüdafiəçisi Cud Bellingem (8,29), 3-cü pilləni isə Argentinanın hücumçusu Lionel Messi (8,06) tutub.