FİFA ona görə klubuna təzminat ödəyəcək

08.04.2026

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

FİFA Rafinyanın zədələnməsinə görə “Barselona”ya kompensasiya ödəyəcək.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı futbolçunun sağalma müddəti Klub Müdafiəsi Proqramı çərçivəsində tələb olunan minimum 28 günü keçəcək.
Bir neçə gün əvvəl Rafinyanın sağ bud əzələsindən zədə aldığını məlum olub. Onun ən az 5 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Rafinya 5 həftədən sonra (28-29 aprel) meydana qayıtsa, Kataloniya klubu minimum 143836 avro məbləğində kompensasiya alacaq. Bu məbləğ bu 5 həftədən sonra hər gün artacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью