FİFA Paredesi diskvalifikasiya edib

21.08.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Argentina yığmasının yarımmüdafiəçisi Leandro Paredes ABŞ-də keçirilən dünya çempionatının finalında komandasının İspaniyaya məğlubiyyətindən sonrakı davranışına görə 10 beynəlxalq matçdan diskvalifikasiya edilib.

Moderator.az xəbər verir ki, bu barədə "Vanguard" portalı FİFA-nın bəyanatına istinadən məlumat yayıb.

Paredes həmçinin 90 min dollar cərimələnib.

Portal qeyd edib ki, o, Argentinanın İspaniyaya 1:0 hesabı ilə uduzduğu Nyu-Cersidəki final matçında baş vermiş hadisələrə görə diskvalifikasiya edilən və cərimələnən bir neçə argentinalı oyunçudan biri olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью