Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Prezidentinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top və xatirə hədiyyələri təqdim edib.
SİA xəbər verir ki, təqdimat Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də FIFA prezidenti Canni İnfantino ilə görüşü zamanı baş tutub.
Görüşdə FIFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.