FIFA prezidenti Azərbaycana təşəkkür edib FOTO

24.10.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

FIFA-nın prezidenti Canni İnfantino Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalının açılışı münasibətilə paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovla görüşməkdən məmnunluğunu ifadə edib.
"FIFA U-15 Dünya Kuboku və Festivalının Bakıda ilk dəfə keçirildiyi bu tarixi gündə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovla görüşməkdən məmnun oldum..
 

Bu möhtəşəm gənclər turnirinin reallaşmasına verdikləri böyük əməkdaşlıq və dəstəyə görə Baş nazirin müavininə və Azərbaycan hökumətinə səmimi təşəkkürümü bildirdim. Bu tədbir gənc istedadların inkişafı və öz bacarıqlarını nümayiş etdirməsi üçün gözəl imkan yaradır.


Eyni zamanda, futbolun hər kəs üçün və dünyanın hər yerində olduğunu bir daha təsdiqləyir.
Bütün futbolçulara, məşqçilərə və azarkeşlərə unudulmaz təcrübə arzulayıram", – deyə Canni İnfantino bildirib.


Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью