FIFA prezidenti də təsdiqləyib klubların dünya çempionatında oynaya bilər

24.05.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

FIFA prezidenti Canni İnfantino zamanla ayaqlaşmağa çalışdığını göstərmək üçün qeyri-adi addım atıb.

İdman.biz xəbər verir ki, isveçrəli bir funksioner məşhur bloger "IShowSpeed"in canlı yayımına qatılıb.

Yayımın əvvəlində İnfantino "IShowSpeed"ə 2025-ci il Klublararası dünya çempionatının rəsmi topunu təqdim edib. Turnirin açılış matçında ilk rəmzi zərbəni məhz bloger vuracaq.

İnfantino maraqlı məlumatı da bölüşüb: "Kriştiano Ronaldo komandalardan birinin heyətində gələn ay keçiriləcək klubların dünya çempionatında oynaya bilər. Danışıqlar gedir".

Qeyd edək ki, Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi bu yay başa çatır və mətbuatda onun Braziliya klublarından birinə və ya Mərakeşin "Vidad" klubuna mümkün transferi ilə bağlı söz-söhbətlər gəzir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью