FİFA prezidenti Donald Trampa 45/47 nömrəli bilet təqdim etdi

23.08.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gələn il keçiriləcək dünya çempionatının final oyununu tribunadan izləyəcək ilk tamaşaçı məlum olub. Sport24.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampa 2026-cı il dünya çempionatının finalına ilk bileti təqdim edib.

"Əlbəttə, birinci sıra, birinci yer. Bilet nömrəsi 45/47 (Tramp ABŞ-ın 45-ci və 47-ci prezidentidir - Sport24.az) deyən, İnfantino Ağ Evdə amerikalı liderə böyük bilet təqdim edib.

Qeyd edək ki, 2026-cı ildə təşkil olunacaq dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikadakı stadionlarda keçiriləcək. Turnirin final oyunu Nyu Cersi ştatının East Rutherford şəhərindəki "MetLife" stadionunda baş tutacaq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью