FİFA prezidenti İlham Əliyevə top hədiyyə etdi

12.11.2024

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

FİFA-nın prezidenti Canni İnfantino Azərbaycan Prezidentinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top və xatirə hədiyyələri təqdim edib.

Axar.az xəbər verir ki, təqdimat Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də FIFA prezidenti Canni İnfantino ilə görüşü zamanı baş tutub.

Görüşdə FİFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью