futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının IX turunun mərkəzi qarşılaşmasında “Sabah” və “Qarabağ” komandaları üz-üzə gəlirlər. Gərgin və prinsipial mübarizə şəraitində davam edən matç tribunadakı qonaqları ilə də diqqət çəkir.
Futbolpress.az xəbər verir ki, ölkəmizdə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə əlaqədar Bakıda səfərdə olan FIFA prezidenti Canni İnfantino və FIFA-nın qlobal futbol inkişafı üzrə direktoru Arsen Venger qarşılaşmanı tribunadan canlı izləyirlər.
Onlarla yanaşı, rəsmi şəxslər sırasında AFFA-nın prezidenti Rövşən Nəcəf də yer alıb.