FİFA prezidenti sərt tənqid olundu

29.07.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatından sonra növbəti dəfə tənqid hədəfinə çevrilib. Sport24.az xəbər verir ki, İngiltərənin "The Times" nəşri FİFA rəhbərini dünya futbolunu kommersiya maraqlarına qurban verməkdə ittiham edib.
Məqalədə qeyd olunur ki, 2026-cı il dünya çempionatı FİFA-ya rekord gəlir qazandırsa və 48 komandalıq format gözlənildiyindən daha müsbət qarşılansa da, İnfantinonun mundialı şirkət vasitəsilə kommersiya məqsədilə idarə etmək planı narazılıq doğurur.
Nəşr iddia edir ki, dünya futbolunun ən nüfuzlu turnirinin yalnız milyardlarla dollar qazandıran layihəyə çevrilməsi qəbuledilməzdir. Yazıda həmçinin ABŞ prezidenti Donald Trampın da bu prosesdə rolunun ola biləcəyi barədə iddialara toxunulub.
"The Times" hesab edir ki, FİFA-nın bu siyasətinə qarşı yalnız UEFA ciddi addım ata bilər. Məqalədə hətta zərurət yaranacağı təqdirdə UEFA-nın FİFA-dan ayrılması ehtimalının da nəzərdən keçirilməli olduğu vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью