FIFA prezidentini fitə basdılar

15.07.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

FIFA prezidenti Canni İnfantino dünən keçirilən Fransa - İspaniya matçında azarkeşlər tərəfindən fitə basılıb. Sport24.az xəbər verir ki, bu barədə BBC-nin jurnalisti Neil Conston məlumat yayıb.

Onun sözlərinə görə, FIFA prezidenti Canni İnfantino stadionun içərisindəki böyük ekranda görünən kimi tribunalarda yer alan həm ispan, həm də fransız azarkeşləri tərəfindən fitə basılıb, ünvanına müxtəlif xoşagəlməz şüarlar sələnib. İnfantino isə bütün bunlara təbəssümlə cavab verib.

Qeyd edək ki, İnfantino və rəhbərlik etdiyi ali futbol qurumu ABŞ, Kanada və Meksikada təşkil olunan dünya çempionatı vaxtı bir sıra məsələlərə görə ictimai tənqidlə üzləşiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью