FIFA prezidentliyinə ilk yapon namizəd

18.11.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

FIFA prezidentliyinə namizədlərin irəli sürülməsi prosesi davam edərkən Yaponiya Futbol Federasiyasının fəxri prezidenti Kozo Taşimadan mühüm addım gəlib.

Apasport.az xəbər verir ki, o, beş milli futbol federasiyasının dəstəyini alaraq 2027-ci ildə Mərakeşin paytaxtı Rabatda keçiriləcək FIFA-nın 77-ci Konqresindəki prezident seçkisi üçün rəsmi müraciətini təqdim edib.

Yaponiya Futbol Federasiyasının açıqlamasında namizədlik müraciətinin noyabrın 17-də FIFA-ya göndərildiyi bildirilib.

Qeyd edək ki, Yaponiya millisində futbolçu kimi çıxış edən, daha sonra aşağı yaş qruplarında məşqçi kimi çalışan Tashima FIFA prezidentliyinə namizədliyini irəli sürən ilk yaponiyalıdır. Təcrübəli futbol funksioneri 2015-ci ildən FIFA Şurasının üzvüdür.

A Seriyası klubunda yeni müqavilə - RƏSMİ Deklan Rays “Arsenal”la müqaviləsini uzadır FIFA prezidentliyinə yeni namizəd: İnfantinonun rəqibi bəlli oldu “Bavariya”da ciddi itki Volkan Demirelin yeni iş yeri müəyyənləşib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью