FİFA pulsuz satılan biletlərin ödənişini tələb edir

05.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir

FİFA texniki xəta nəticəsində "pulsuz" alınan dünya çempionatı biletlərini ləğv edib.

QOL.az xəbər verir ki, "Reuters" nəşrinin məlumatına görə, təxminən 60 nəfərin bileti sistemdəki səhv səbəbdən 0 dollar kimi rəsmiləşdirilib. Sonradan FİFA həmin biletləri ləğv edərək sahiblərinə rəsmi bildiriş göndərib.

Qurumun məlumatına görə, biletlər rezervasiyada saxlanılır və azarkeşlər müvafiq məbləği ödəyərək prosesi tamamlaya bilərlər. FİFA baş verən texniki nasazlığa görə təəssüfləndiyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью