Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
FİFA Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna yeni futbolçuların qeydiyyatı ilə bağlı tətbiq olunan qadağanı aradan qaldırıb.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Mənbənin bildirdiyinə görə, aparılan yoxlamadan sonra “Əl-Nəsr”in artıq bütün qayda və tələblərə tam uyğun olduğu müəyyənləşib.
Qeyd edək ki, qadağa 2025-ci ilin dekabrında tətbiq edilmişdi. "Arriyaditah" nəşrinin məlumatına əsasən, buna səbəb klubun “Mançester Siti”dən transfer etdiyi müdafiəçi Emerik Laportun keçidi ilə bağlı ödənişlərdən birini vaxtında həyata keçirməməsi olub. “Əl-Nəsr” bu transfer üçün 9 milyon avro ödəməli idi.
Xatırladaq ki, hazırda “Əl-Nəsr”də Kriştiano Ronaldo da çıxış edir.