FIFA Qavinin cəzasını qüvvədə saxlayıb

18.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 18 sentyabr, AZƏRTAC

FIFA-nın Apellyasiya Komitəsi İspaniya Kral Futbol Federasiyasının “Barselona”nın futbolçusu Qavinin cəzasının dondurulması ilə bağlı müraciətini rədd edib.

AZƏRTAC “Mundo Deportivo”ya istinadla xəbər verir ki, 22 yaşlı oyunçu dünya çempionatının finalında Argentina millisinin üzvü Leandro Paredeslə yaşadığı insidentə görə bir oyunluq cəzalandırılıb. İspaniya tərəfi cəzanın bir il müddətinə dondurulmasını istəyib və buna DÇ-2026-da ABŞ yığmasının hücumçusu Folarin Baloqunun oxşar cəzasının dayandırılmasını nümunə göstərib.

Lakin FIFA bu müraciəti də rədd edərək Qavinin bir oyunluq cəzasını qüvvədə saxlayıb. Beləliklə, futbolçu sentyabrın 26-da Londonda İngiltərəyə qarşı keçiriləcək Millətlər Liqası matçında iştirak edə bilməyəcək. Qavinin sentyabrın 29-da Xorvatiyaya qarşı oyunda meydana çıxması mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью