futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
FIFA DÇ-2026-da ABŞ millisinin hücumçusu Folarin Baloqun ilə bağlı yaranan insidentdən sonra intizam reqlamentinə ciddi dəyişikliklər etməyə hazırlanır.
Futbolpress.az xəbər verir ki, “The Telegraph” nəşrinin yaydığı məlumata görə, ali futbol qurumu birbaşa qırmızı vərəqə alan oyunçulara tətbiq edilən standart 1 oyunluq diskvalifikasiya cəzasının icrasının dayandırılmasını tamamilə qadağan etməyi planlaşdırır.
Bu təşəbbüsə birbaşa səbəb DÇ-2026 zamanı Baloqunun dərhal cəzalanmaqdan yayınması olub. Layihənin oktyabrın 15-də Sürixdə təşkil olunacaq FIFA Şurasının iclasında müzakirəyə çıxarılması gözlənilir. Həmin dəyişiklik gündəliyə son dəqiqədə daxil edilib. İki həftə öncə açıqlanan ilkin gündəlikdə yalnız ümumi intizam prosedurlarının nəzərdən keçirilməsi göstərilmişdi.