FİFA Ramzan Kadırovun Axmat ına qadağa qoydu

17.07.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

FİFA yay "transfer pəncərəsi" dövründə Çeçenistan təmsilçisi "Axmat"a yeni oyunçuların qeydiyyatını qadağan edib. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

FİFA "Axmat"a qarşı sanksiyaları iyulun 14-də tətbiq edib. Sanksiyaların səbəbləri açıqlanmayıb. Qroznı klubu  problemi yoluna qoyduqdan sonra məhdudiyyətlər aradan qaldırılacaq.

Qeyd edək ki, "Axmat" yeni mövsümdə ilk oyununu iyulun 26-da səfərdə Moskva "Lokomotiv"inə qarşı keçirəcək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью