FIFA referesi Əliyar Ağayev UEFA dan təyinat alıb

28.09.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

FIFA referesi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Gürcüstan - Ukrayna oyununu idarə edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. İnqilab Məmmədov isə videoköməkçi hakim (AVAR) kimi fəaliyyət göstərəcək.
Görüş sentyabrın 28-də Tbilisidə yerləşən “Dinamo Arena”da keçiriləcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью