FİFA rəsmiləri DÇ 2030 a ev sahibliyi edəcək stadionları təftiş edəcək

29.10.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

FİFA rəsmiləri bu ilin noyabr və dekabr aylarında DÇ-2030-a hazırlıq prosesi çərçivəsində Mərakeş, Portuqaliya və İspaniyadakı stadionlara səfərlər təşkil edəcək. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

FİFA nümayəndə heyəti hər üç ölkədə oyunlara ev sahibliyi etmək üçün namizədliyini irəli sürən şəhərlərə və stadionlara baş çəkəcək. Bu səfərlər zamanı təşkilat obyektlərin hazırlıq səviyyəsini, əməliyyat planlarını və turnir üçün təklif olunan infrastrukturu qiymətləndirəcək.

Ali futbol qurumunun nümayəndələri həmçinin yerli, regional və milli hakimiyyət orqanları, stadion operatorları, nəqliyyat sahəsi üzrə mütəxəssislər, yerləşdirmə xidməti təminatçıları və digər tərəfdaşlarla görüşlər keçirəcəklər.

Qeyd edək ki, namizəd şəhərlərin siyahısına Aqadir, Barselona, ​​Bilbao, Kasablanka, Fes, Las-Palmas, Lissabon, Madrid, Mərrakeş, Portu, Rabat, San-Sebastian, Sevilya, Tanjer və Saraqosa daxildir. Seçim prosesi çərçivəsində FİFA əlavə məkanlara da baş çəkə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью