FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

03.04.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 aprel, AZƏRTAC

FIFA prezidenti Canni İnfantionun salamlarını sizə çatdırıram.

Bu sözləri FIFA-nın regional meneceri Marion Qavat AFFA-nın Hesabat Konfransında çıxışı zamanı deyib.

O, Azərbaycanın "FIFA Series-2026" turnirinə uğurlu ev sahibliyi etdiyini bildirib: "Biz Azərbaycana böyük etimad göstəririk. Yığma komanda turnirdə uğurlu oyunlar nümayiş etdirdi. Düşünürəm ki, ölkəniz 2027-ci ildə ev sahibliyi edəcəyi U-20 dünya çempionatında da yaxşı mübarizə aparacaq".

Qonaq "Qarabağ"ı Avropada qazandığı uğurlara görə təbrik edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью