FİFA reytinqi açıqlandı, Azərbaycan mövqe itirdi

11.06.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

FİFA reytinqi açıqlandı, Azərbaycan mövqe itirdi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

QOL.az xəbər verir ki, Azərbaycan kişilərdən ibarət milli komandası siyahıda 2 pillə geriləyib.

Ötən ay reyntinqdə 124-cü olan Ayxan Abbasovun komandası indi 126-cı yeri tutur (1132.00 xal). Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Litva millisi 149-cu (1056.85), Lixtentşteyn isə 206-cu yeri tutur (797.70).

Reytinqə əvvəlkitək son dünya çempionu Argentina millisi (1877.27) başçılıq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью