FIFA reytinqinin liderləri dünya çempionatının finalında qarşılaşacaqlar Tarixdə İLK

16.07.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarixdə ilk dəfə FIFA-nın reytinq cədvəlində ilk pillələrdə qərarlaşan iki komanda futbol üzrə dünya çempionatının finalında üz-üzə gələcək.

Redaktor.az xəbər verir ki, bu barədə championat.com saytı məlumat yayıb.

Bildirilir ki, FIFA milli komandalarının reytinq cədvəlini 1992-ci ildən açıqlamağa başlayıb. Hazırda sıralamada Argentina 1-ci, İspaniya isə 2-ci yerdədir.

Bundan əlavə, DÇ-2026 Avropa və Amerika çempionlarının finalda görüşəcəyi ilk hadisə kimi də yadda qalacaq. İspaniya 2024-cü ildə qitə birinciliyinin, Argentina isə elə həmin il Amerika Kubokunun qalibi adını qazanıb.

Qeyd edək ki, iyulun 19-da DÇ-2026-nın final oyununda İspaniya və Argentina komandaları qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью