FİFA Ronaldonun cəzasını açıqladı

25.11.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

FİFA Ronaldonun cəzasını açıqladı

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsindən xilas olub.

QOL.az xəbər verir ki, FİFA futbolçuya 3 oyunluq cəza kəsib. Lakin qurum bunlardan ikisini bir illik sınaq müddəti ilə şərti olaraq təxirə salıb. Təcrübəli hücumçu 1 oyunluq məcburi cəzasını Ermənistanla (9:1) matçda çəkdiyi üçün dünya çempionatının start heyətində meydana çıxa biləcək.

Qeyd edək ki, daha ağır (2-3 oyunluq) cəza gözlənilsə də, qərarın bu şəkildə verilməsi Ronaldonun dünya çempionatının ilk oyununda iştirakına imkan yaradıb.

Xatırladaq ki, Ronaldo İrlandiya ilə görüşdə (0:2) rəqib müdafiəçinin kürəyinə dirsəklə vurduğu üçün birbaşa qırmızı vərəqə almışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью