FİFA Rusiya klubuna sanksiya tətbiq etdi

22.01.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Rostov” ağır cəzaya məruz qalıb. FİFA Rusiya klubuna sanksiya tətbiq edib.

"Football-plus.az" xəbər verir ki, ali futbol qurumunun rəsmi saytının məlumata görə, kluba müəyyən müddətdə yeni futbolçu qeydiyyatdan keçirmək qadağan olunub.
Qərara əsasən, “Rostov” 2027-ci ilə qədər ardıcıl 3 “transfer pəncərəsi” dövründə heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. Klubun mətbuat xidməti məsələyə aydınlıq gətirərək problemin borc səbəbindən yarandığını bəyan edib. Rostovluların Uruqvayın “Penyarol” klubuna Rodriqo Saraviyanın transferinə görə borcu qaldığı məlum olub. 2024-cü ilin yayında reallaşan keçid üçün ödəniş hissə-hissə edilməli olsa da, Rusiya klubu sonuncu ödənişi etməyib. “Rostov” rəhbərliyi problemi ən qısa zamanda həll etməyə çalışacağını bəyan edib.
Qeyd edək ki, uruqvaylı yarımmüdafiəçi komandanı 2025-ci ilin əvvəlində tərk edib. O, “Rostov”un heyətində 15 oyuna çıxıb və 1 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью