FIFA Rusiya klubuna sanksiya tətbiq etdi

16.07.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın “Axmat” futbol komandasına yeni oyunçuları qeydiyyatdan keçirmək qadağan olunub.

İdman.Biz xəbər verir ki, FIFA-nın tətbiq etdiyi sanksiya iyulun 14-dən qüvvəyə minib və Qadağanın müddəti müəyyənləşdirilməyib və onun tətbiqinə səbəb olan problem aradan qaldırıldıqdan sonra ləğv ediləcək. Sanksiyanın səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, “Axmat”ın heyətinə yay transfer dövründə qapıçı Rasul Mitsayev, müdafiəçi Arsen Adamov, yarımmüdafiəçilər Kalidu Sidibe, Julio Romao və Kirill Şçetinin, həmçinin hücumçular Erald Maksuti və Aleksey Kasadjikov qoşulublar.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью