FİFA Rusiya klubunu sərt cəzalandırdı

06.12.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

FİFA Rusiyanın ÇSKA klubu ilə bağlı sərt qərar qəbul edib. 

Fanat.Az xəbər verir ki, məlumatı beynəlxalq futbol qurumunun mətbuat xidməti yayıb.

Moskva klubuna növbəti üç qeydiyyat dövrü, yəni bu qış, gələn yay və gələn qış üçün transferlər həyata keçirmək qadağan edilib. 

Ordu komandası yeni gələnlərlə yalnız 2026-cı ilin yayında, sanksiyalar qüvvədən düşdükdən sonra müqavilə bağlaya bilər. Qadağa noyabrın 14-dən qüvvədədir, lakin məlumat yalnız indi açıqlanıb. 

Əlavə edək ki, Rusiya Premyer Liqasının 17 turundan sonra ÇSKA turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью