FİFA Rusiyanın 3 klubunu cəzlandırdı KONKRET

06.12.2024

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

FİFA bəzi Rusiya klublarına transfer qadağası qoyub.

KONKRET.az xəbər verir ki, bunlar Moskvanın MOİK,  “Ximki” və Krasnodarın “Kuban” komandalarıdır. Qərara görə adları çəkilən klublar  üç transfer pəncərəsi dövründə xaricdən oyunçu ala bilməyəcək. MOİK-in   direktoru Kirill Brado bildirib ki, FİFA İntizam Komitəsi onlara Ejuke və “Heerenven” işi çərçivəsində  transfer qadağası qoyub: “Biz bu qərara hazır idik. Bu, ədalət uğrunda mübarizəmizin gözlənilən ara mərhələsidir”. Ejuke 2020-ci ildə “Heerenveen”dən MOİK-ə 11,5 milyon avroya transfer olunmuşdu.  Yayda nigeriyalı azad agent kimi MOİK-dən ayrılıb. Avqust ayında “Heerenven” İdman Arbitraj Məhkəməsinə müraciət edərək, Ejukenin transferi müqabilində MOİK-dən  3,1 milyon avro tələb edib.

“Ximki”nin baş direktoru Nikolay Olenev isə  vəziyyəti belə şərh edib: “Hazırda FİFA tərəfindən kluba futbolçuların qeydiyyatı ilə bağlı  qadağa qoyulub və bu, müvəqqəti xarakter daşıyır. İş Besard Saboviçlə bağlıdır. Maraqlarımızı qorumaq üçün BİAM-nə müraciət etmişik. İşin kifayət qədər uzun müzakirəsindən sonra məhkəmə futbolçunun tərəfinə keçdi”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью