Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
FİFA Rusiyanın beynəlxalq turnirlərə qayıdışı məsələsini gündəmə almağı planlaşdırmır. Daha əvvəl Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino Rusiyanın kənarlaşdırılmasının ləğv edilməli olduğunu bildirmişdi: “Qadağa heç nə vermədi, yalnız daha çox məyusluq və nifrət yaratdı.”
Sportal.az "The Times"a istinadən xəbər verir ki, belə bir addım bir sıra Avropa ölkələrinin kəskin etirazına səbəb olardı. FİFA Şurası bu məsələ ilə bağlı səsvermə keçirməyi planlaşdırmır.
Qeyd edək ki, Rusiya yığmaları və klubları 2022-ci ildən etibarən FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılıb.
saytlarin hazirlanmasi