FIFA Rusiyanın tanınmış klubuna transfer qadağası qoyub AZƏRTAC

06.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 dekabr, AZƏRTAC

FIFA Rusiyanın MOİK (Moskva) komandasına transfer qadağası qoyub.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, Niderlandın "Herenven" klubuna olan borcunu ödəməyən Moskva təmsilçisi 2026-cı ilin yayınadək heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. Qərar noyabrın 14-də qüvvəyə minib.

MOİK hazırda Rusiya Premyer Liqasında 17 turdan sonra topladığı 28 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью