“FIFA Series 2026”: Mətbuat konfransının vaxtı dəyişdirildi

25.03.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfransının vaxtında dəyişiklik edilib. 

Fanat.Az xəbər verir ki, AFFA-nın mətbuat xidməti martın 26-da baş tutacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtını açıqlayıb:

26 mart
Sent Lüsiya milli komandası

18:15. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
Azərbaycan milli komandası

18:30. Mətbuat konfransı (“Dalğa Arena”)
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью