FİFA Türkiyə klubuna qadağa qoydu Millimizin üzvünə görə

13.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

FİFA Renat Dadaşovun şikayətinə əsasən “Hatayspor” klubuna transfer qadağası qoyub.
Bizim.Media xəbər verir ki, buna səbəb klubun Azərbaycan yığmasının hücumçusuna borclu qalmasıdır.
2023/2024 mövsümündə Hatay təmsilçisinin heyətində çıxış edən Dadaşovun müqaviləsinin şərtləri yerinə yetirilməyib. Nəticədə FIFA "Hatayspor"a iki transfer pəncərəsində qadağası qoyub. Məsələ ilə bağlı klub İdman Arbitraj Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, yayda "Hatayspor"dan ayrılan Renat sərbəs futbolçu kimi “Ankaragücü”nə keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью