FIFA Türkiyənin iki klubuna transfer qadağası qoydu

14.10.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Antalyaspor" və "Fatih Karagümrük" klublarına transfer qadağası tətbiq edilib.

Moderator.az "Ajansspor" nəşrinə istinadən xəbər verir ki, FIFA hər iki klubun transfer fəaliyyətini üç transfer pəncərəsi müddətinə məhdudlaşdırıb.

Klublar mübahisəli məsələləri həll edənədək yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcəklər.

Qeyd edək ki, problemlər aradan qaldırılarsa, qadağanın ləğvi mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью