FIFA U 15 Dünya Çempionatı: Millimizin heyəti bəlli oldu

20.10.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, oktyabrın 22-dən 30-dək təşkil olunacaq turnirdə dünyanın müxtəlif ölkələrindən olan gənc futbolçular mübarizə aparacaqlar.

Azərbaycan millisi yarış çərçivəsində ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək.

Yığmamız oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Oktyabrın 26-da isə millimizi saat 11:30-da İsrail, saat 18:15-də Haiti ilə görüşlər gözləyir. Bu oyunlar Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Qeyd edək ki, turnirdə 189 ölkənin iştirakı və ümumilikdə minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Millimizin turnirdə iştirak edəcək futbolçularının siyahısı ilə aşağıda tanış ola bilərsiniz.

№ Ad, Soyad  Klub  1 Oqtay Mehrəliyev Qarabağ FK 2 Məhəmməd Ağamaliyev Qarabağ FK 3 Emil Quliyev Neftçi PFK 4 Əkbər Nağıyev Neftçi PFK 5 Kənan Əzimov Neftçi PFK 6 Qafar Babayev Neftçi PFK 7 Said Bayramov Neftçi PFK 8 Sübhan Əlizadə Neftçi PFK 9 Həsən Məhmədov Sabah FK 10 Həsən Ramazanov Sabah FK 11 Murad Məmmədzadə Sabah FK 12 Asif Allahverdizadə Ulduz FA 13 Müşfiq Zamanov Ulduz FA 14 Yusif Əlizadə Ulduz FA “Kəpəz” bombardiri transfer edir - QIŞDA KOMANDAYA QOŞULACAQ FIFA U-15 Dünya Çempionatının ilk iştirakçıları Bakıya gəlib “Sabah”ın ÇL-də növbəti sınağı - Dortmund nəhəngi ilə üz-üzə - YENİLƏNİR “Qarabağ” və “Sabah”dan qələbə “Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью