FIFA U 15 dünya çempionatında daha iki finalın qalibləri bəlli olub

30.10.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 oktyabr, AZƏRTAC

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının C və D yolunun da qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, D yolunun finalında Tacikistan və Kanada komandaları 97-ci yer uğrunda mübarizə aparıblar. Qarşılaşma Tacikistan yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

C yolunun finalında isə 65-ci yer uğrunda Belarus və Tunis komandaları üz-üzə gəliblər. Görüş Belarus yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью