FIFA U 15: millimiz sonuncu matçına çıxacaq KONKRET

30.10.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxacaq.

KONKRET.az bildirir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Əfqanıstan millisi ilə (83-cü yer uğrunda) qarşılaşacaq.

Görüş Hövsan Olimpiya Kompleksində, saat 11:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl keçirdiyi görüşlərdə Çili (1:3), Vyetnam (2:4) yığmalarına uduzub, Cəbəllütariq (5:1) və Mozambik (4:1) millilərinə isə qalib gəlib.

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Bu gün başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью