FİFA Venesuelada zəlzələdən zərərçəkənlərə 1 milyon dollar ayıracaq

10.07.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Futbol Federasiyasının (FİFA) Fondu Venesuelada baş verən dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım məqsədilə 1 milyon dollar maliyyə vəsaiti yönəldəcək.

Bakıvaxtı.az xarici mediaya isstinadən xəbər verir ki, FİFA Prezidenti Canni İnfantino bu çətin günlərdə futbol ailəsinin Venesuela xalqının yanında olduğunu və futbolun böhran anlarında ümid vermək gücünə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, iyunun 24-də Venesuelada baş verən güclü zəlzələ nəticəsində, son məlumatlara görə, 3 889 nəfər həyatını itirib, 16 740 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 17 907 insan evsiz qalıb, yüzlərlə bina tamamilə və ya qismən dağılıb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью