FIFA Xorvatiyanın ləğv edilən qolu ilə bağlı bəyanat yayıb VİDEO

03.07.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Xorvatiya futbol millisinin DÇ-2026-nın 1/16 finalında Portuqaliyaya qarşı oyununda ləğv edilən qolla bağlı FIFA açıqlama yayıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın 90+13-cü dəqiqəsində Xorvatiya hesabı bərabərləşdirsə də, baş hakim Espen Eskos VAR-a baxdıqdan sonra qolu ləğv edib. Epizodda Mario Paşaliçin ofsaydda olduğu müəyyənləşib.

FIFA-nın açıqlamasında bildirilib ki, DÇ-2026-nın rəsmi topu “Trionda”ya yerləşdirilən “Connected Ball Technology” sistemi epizod zamanı İqor Matanoviçin topa toxunduğunu qeydə alıb. Bu məlumat hakimin ofsayd qərarını düzgün verməsinə əsas yaradıb.

Qurum qeyd edib ki, topun daxilindəki IMU sensorları ən kiçik təması belə müəyyən edə bilir və hakimlərə daha sürətli, dəqiq qərar vermək üçün əlavə texniki məlumat təqdim edir.

Qeyd edək ki, Portuqaliyaya 1:2 hesabı ilə uduzan Xorvatiya DÇ-2026 ilə 1/16 final mərhələsində vidalaşıb. Komanda DÇ-2022-də yarımfinala, DÇ-2018-də isə finala qədər irəliləmişdi.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью