Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail Futbol Assosiasiyası Canni İnfantinonun FİFA prezidenti postuna təkrar seçilməsi üçün verdiyi dəstəyi geri çəkib.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sky News” nəşri məlumat yayıb. Belə ki, İsrail futbol qurumunun rəhbəri və UEFA İcraiyyə Komitəsinin üzvü Moşe Zuaresin FİFA-ya rəsmi məktub ünvanlayaraq əvvəlki mövqeyindən imtina etdiyini diqqətə çatdırıb.
İnfantinonun DÇ-nin kommersiya hüquqlarına özəl investorları cəlb etmək planının puça çıxmasından sonra yaranan münaqişə fonunda futbol təşkilatları FİFA-nın mövcud rəhbərindən məsafə saxlayır.