FIFA ya keçiriləcək prezident seçkilərində Canni İnfantinonun əsas rəqibi bəlli olub

17.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo FIFA-nın hazırkı prezidenti Canni İnfantinonun qarşısında namizəd kimi çıxış etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, qərarın FFF-nin keçirəcəyi iclasda təsdiqlənəcəyi gözlənilir.

UEFA İcraiyyə Komitəsində təmsil olunan bütün milli federasiyaların Diallonun namizədliyini dəstəklədiyi vurğulanıb.

Qeyd olunub ki, FIFA-nın fəaliyyət istiqaməti ilə bağlı ciddi narahatlıqlar fonunda milli federasiyalar dünya futbol ictimaiyyətində birlik və etimadın yenidən bərpasına çağırış edib. Gələn ilin martında keçiriləcək FIFA prezident seçkilərində iştirak üçün namizədlərin qeydiyyatı çərşənbə günü başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью