FIFA ya qadın rəhbərlik edə BİLƏR

05.08.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

FIFA-nın keçmiş prezidenti Sepp Blatter Canni İnfantinonun yerinə Norveç təmsilçisi Liza Klavenessin təşkilatın rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.

Redaktor.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb. 

"Liza Klaveness ən yüksək hörmətə layiqdir. O, həmişə aydın mövqe tutan və axına uymayan yeganə şəxsdir. FİFA-nın sükanı arxasında qadının olması vaxtı gəlib çatıb", - Blatter vurğulayıb. 

Qeyd edək ki, 45 yaşlı Klaveness Norveç milli komandasının keçmiş futbolçusudur. 2022-ci ildə Norveç Futbol Assosiasiyasının (NFF) prezidenti seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью