FİFA ya qarşı 1 milyard dollarlıq iddia

02.07.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

FİFA-ya qarşı 1 milyard dollarlıq iddia

İranlı siyasətçi Lotfullah Kave Əfrasiabi DÇ-2026-da İran millisinin turnirdən kənarda qalmasından sonra FİFA, qurumun prezidenti Canni İnfantino və bir sıra rəsmilərə qarşı 1 milyard dollarlıq iddia qaldırıb.

QOL.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Boston Federal Məhkəməsinə təqdim olunan iddiada Əfrasiabi müraciətin 91 milyon iranlı və ABŞ-da yaşayan İran əsillilər adından kollektiv müraciət kimi qəbul edilməsini vurğulayıb. O, FİFA-nı İrana qarşı ayrı-seçkilikdə ittiham edib.

İddianın əsas səbəbi İran - Misir matçında VAR-ın İranın son dəqiqələrdə vurduğu qolu ofsayd səbəbindən ləğv etməsidir. Əfrasiabi bu qərarın qəsdən verildiyini iddia edir.

Qeyd edək ki, İran millisi qrupu 3 xalla üçüncü pillədə başa vuraraq pley-offa vəsiqə qazana bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью