FİFAdan hakimliklə bağlı daha bir yenilik

15.12.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FİFA futbolda daha bir yenilik edib. Sport24.az xəbər verir ki, hadisə dünən Qitələrarası Kubokun "Paçuka" (Meksika) - "Əl Əhli" (Misir) matçında baş verib. Yenilik hakimliklə əlaqədardır. 

Baş hakim Əlirza Fəqani oyunda əlavə avadanlıqla işləyib. İran əsilli avstraliyalı referinin sol qulağının üstünə videokamera və xüsusi qulaqlıq taxılıb.

Beləliklə, Pyerluici Kollinanın rəhbərliyi etdiyi FİFA Hakimlər Komitəsi oyunu bir də hakimin gözü ilə qeydə alaraq növbəti sınaq keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью